Dünyanın istənilən ölkəsi Qərbin təşkil etdiyi “rəngli inqilab”ların və onun geosiyasi ekspansiyasının qurbanı ola bilər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Mərkəzi Asiya və Əfqanıstanda təhlükəsizlik məsələləri üzrə konfransında çıxış edərkən bildirib.
"Mərkəzi Asiyadakı tərəfdaşlarımız da daxil olmaqla, dünyanın istənilən ölkəsi Qərbin geosiyasi ekspansiyasının və Qərb tərəfindən təşkil edilən “rəngli inqilab”ların qurbanı ola bilər. Bu cür cəhdlər artıq bir sıra qonşularımıza qarşı edilib, lakin onların qarşısı uğurla alınıb".
Müəllif: Tural
Mənbə: publika.az