Pezeşkian SEPAH generalını özünə müşavir təyin etdi

Pezeşkian SEPAH generalını özünə müşavir təyin etdi

İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məcid bin ər-Rzanı özünə müdafiə məsələləri üzrə müşavir təyin edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Prezident rəsmi fərmanla Məcid bin ər-Rzanı milli müdafiə üzrə müşaviri təyin edib. Pezeşkian ümid edir ki, yeni müşavir praktik tövsiyələr verməklə hökumətin bu sahədəki məqsədlərinə çatmasına və ölkənin qarşısında duran problemlərin həllinə töhfə verəcək", - məlumatda bildirilib.
Məcid ibn ər-Rza Əziz Nəsirzadənin Amerika və İsrail hücumlarında həlak olmasından sonra İranın müdafiə naziri vəzifəsini icra edib.
18 oktyabrda İran parlamenti Mehrdad Əxlaqi Kitabçini ölkənin yeni müdafiə naziri kimi təsdiqləyib. Onun namizədliyini parlamentə Məsud Pezeşkian təqdim etmişdi.

Mənbə: www.bakupost.az