Fransa parlamenti ölkənin müstəmləkəçilik dövrünə aid köləlik qanunu olan “Qara məcəllə”nin ləğvinə dair qanun layihəsini yekdilliklə qəbul edib.
Bu barədə yerli KİV məlumat yayıb.
Qanun layihəsi parlamentin yuxarı palatası olan Senatda səsverməyə çıxarılıb və yekdilliklə təsdiqlənib. Bundan əvvəl sənəd parlamentin aşağı palatası olan Milli Məclisdə də qəbul edilmişdi.
1685-ci ildə qüvvəyə minən “Qara məcəllə” Fransanın müstəmləkələrində kölələrin həyatını və dini hüquqlarını tənzimləyir, onları daşınar əmlak kimi tanıyaraq kölə ticarətinə hüquqi əsas yaradırdı.
Fransa 1848-ci ildə köləliyi ləğv etsə də, “Qara məcəllə” indiyədək rəsmi şəkildə qüvvədən düşürülməmişdi.
Müəllif: Roza
Mənbə: publika.az