Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar

Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar

Azərbaycan Prezidentinin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Fərmayıl oğlu Məmmədov bu gün Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

AZƏRTAC-a istinadən xəbər verilir ki, təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

O.Məmmədov ona göstərilən etimada görə minnətdarlığını ifadə edib.


Mənbə: qafqazinfo.az