Bakı, 26 oktyabr, AZƏRTAC
Əlcəzair parlamenti dünənki iclasında enerji obyektlərinin qorunmasında iştirak etmək üçün Nigerə hərbi kontingent göndərilməsinə razılıq verib.
AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, bu, Əlcəzair ordusunun 1973-cü ildə Ərəb-İsrail müharibəsindən bəri ölkə hüdudlarından kənardakı əməliyyatlara ilk rəsmi cəlb edilməsidir.
Bildirilib ki, parlamentin aşağı palatası bu qərarı yekdilliklə dəstəkləyib. Qərardan əvvəl parlamentin yuxarı palatası da silahlı qüvvələrin Nigerə yerləşdirilməsi təklifini təsdiqləyib.
Mənbə: azertag.az