Bəs bu addım regiondakı siyasi proseslərə və geosiyasi güclər balansına necə təsir göstərə bilər? Ermənistanın bu yanaşması İrəvanın sülh prosesindəki prioritetlərinin dəyişdiyini göstərirmi?
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Baku TV-yə məsələ ilə bağlı açıqlama verib.
Elçin Mirzəbəylinin sözlərinə görə, hüquqi baxımdan sülh müqaviləsi imzalanmadan da marşrutun fəaliyyətə başlaması mümkündür.
"TRIPP-in tikintisi Ermənistanın daxili prosesidir və ABŞ ilə imzalanmış müqavilə əsasında həyata keçirilir. Lakin Azərbaycanı və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanı birləşdirən nəqliyyat bağlantısı olmadan bu layihə beynəlxalq əhəmiyyət daşımayan daxili yoldan ibarət olacaq.
Əgər söhbət marşrutun yalnız Ermənistan ərazisində hazır olmasından gedirsə, bəli, bu mümkündür və nəqliyyat vasitələri ölkə daxilində həmin yolla hərəkət edə bilər", - deyə deputat bildirib.
Mənbə: oxu.az