“İlon Mask dahidir”

“İlon Mask dahidir”

Rusiya Prezidenti Vladimir Putin Amerika şirkəti “SpaceX”in rəhbəri İlon Maskı dahi adlandırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“İlon Mask dahidir – həqiqətən də dahi. Sadəcə onun orbitdəki peyklərinin sayına baxın – 5 mindən çoxdur, biz isə hələ yalnız ilk addımlarımızı atırıq”, – deyə Rusiya lideri “Rassvet” adlı yerli peyk rabitəsi layihəsinin işə salınması ilə bağlı bildirib.

Putin həmçinin qeyd edib ki, Rusiya kosmosla bağlı məsələlərdə ABŞ və İlon Maskla sıx əlaqə saxlayır.

Mənbə: qafqazinfo.az