Misir Mərdanov: "Ramiz Mehdiyevin Rəyasət Heyətindən çıxarılmasına yekdil qərar verildi"

Misir Mərdanov: "Ramiz Mehdiyevin Rəyasət Heyətindən çıxarılmasına yekdil qərar verildi"

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin ümumi yığıncağı Ramiz Mehdiyevin qurumdan çıxarılması ilə bağlı yekdil qərar verib".

Bunu açıqlamasında AMEA-nın Rəyasət Heyətinin üzvü Misir Mərdanov deyib.

O bildirib ki, ümumi yığıncaqda məsələ səsə qoyulub və qərar qəbul olunub:

"Ümumi yığıncağın bütün üzvləri bir nəfər kimi qərar verdi və Ramiz Mehdiyev üzvlükdən azad olundu".

Mənbə: oxu.az