Latviya tarixdə ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

Latviya tarixdə ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

Latviya tarixində ilk dəfə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına sədrlik edəcək.

Bu barədə Latviyanın BMT-dəki səfiri Sanita Pavluta-Desland bildirib.

“BMT Təhlükəsizlik Şurasına sədrlik ölkənin beynəlxalq aləmdə ən çox diqqət mərkəzində olduğu mərhələdir. Latviya bu imkandan öz maraq və dəyərlərini qorumaq, tanınmasını artırmaq və məsuliyyətli mövqeyini nümayiş etdirmək üçün istifadə edəcək”, - deyə o vurğulayıb.

Mənbə: qafqazinfo.az