Bu ölkə vətəndaşlarına İrana səfər etməməyi tövsiyə etdi

Bu ölkə vətəndaşlarına İrana səfər etməməyi tövsiyə etdi

İtaliya hakimiyyəti ABŞ və İran arasında gərginliyin artması ilə əlaqədar vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib.

Bizim.Media xəbər verir ki, bu barədə İtaliya hökumətinin yenilənmiş təhlükəsizlik xəbərdarlığında bildirilib.

Qeyd olunub ki, hazırda İranda olan İtaliya vətəndaşlarına səfirlikdə qeydiyyatdan keçmək və son dərəcə ehtiyatlı davranmaq tövsiyə edilir.

Bundan əlavə, mümkün həbslərin qarşısını almaq məqsədilə foto və video çəkilişlərdən çəkinmələri barədə xəbərdarlıq edilib.

Mənbə: bizim.media