Pit Heqset fəaliyyəti ilə bağlı şikayətlərə baxmayaraq Pentaqonun rəhbəri vəzifəsində qalacaq.
ABŞ Prezidenti Donald Tramp bu barədə “ABC News”a müsahibəsində bildirib.
“Mən onu vəzifədə saxlamaqda tam qərarlıyam”, – deyə Amerika lideri qeyd edib.
Tramp Heqsetin fəaliyyətindən narazı olan şəxslərdən zənglər aldığını təsdiqləsə də, bu narazılığın səbəblərini anlamadığını vurğulayıb.
Mənbə: qafqazinfo.az