Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası (GKRY) arasında həyata keçirilməsi planlaşdırılan “Great Sea Interconnector” (GSI) elektrik bağlantısı layihəsi ilə bağlı mühüm yenilik yaşanıb.
Yunanıstan mətbuatının məlumatına görə, Fransa layihə çərçivəsində işlərə başlanılması ilə bağlı Türkiyəni diplomatik kanallar vasitəsilə yazılı şəkildə məlumatlandırıb.
Bildirilib ki, Yunanıstan və GKRY layihə üzrə zəruri icazələri verdikdən sonra Fransa Ankara ilə yazılı əlaqə yaradıb.
Bu addım Parisin Türkiyə ilə Liviya arasında müəyyən edilmiş dəniz sərhədlərinə uyğun mövqe tutması kimi qiymətləndirilir.
Bununla belə, Fransanın Türkiyəyə göndərdiyi bildiriş Ankaranın layihəyə razılıq verməsi demək deyil. Bildirişin tam mətni və diplomatik yazışmanın təfərrüatı hələlik ictimaiyyətə açıqlanmayıb.
Müəllif: Roza
Mənbə: publika.az