Netanyahu hər gün Trampa zəng vurur - Ağ Evdə gərginlik

Netanyahu hər gün Trampa zəng vurur - Ağ Evdə gərginlik

İsrail baş naziri Benyamin Netanyahu hər gün ABŞ Prezidenti Donald Trampa zəng edərək ondan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini xahiş edir.

Musavat.com xəbər verir ki, bu məlumatı Britaniyanın "Financial Times" qəzeti mənbəyə istinadən yayıb.

Mənbə qeyd edib ki, "Netanyahu hər gün ona zəng edərək müharibəni davam etdirməyə çağırır”.

Qəzetin mənəbəyinə görə, Ağ Evin daxilində və xaricində müharibə istəməyənlər bununla mübarizə aparmağa çalışırlar: "Regional liderlər də ona eskalasiyadan çəkinməyi və danışıqlara üstünlük verməyi deyirlər".

Mənbə: musavat.com