Avropa İttifaqına üzv ölkələrin səfirləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini ilkin olaraq razılaşdırıblar.
Bu barədə “European Pravda” nəşri məlumat yayıb.
Məlumata görə, noyabrın 11-də keçirilən razılaşma çərçivəsində 145 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsi nəzərdə tutulur. Belə ki, Ukraynanın ərazi bütövlüyünə qarşı fəaliyyətlərinə görə 12 fiziki və 101 hüquqi şəxs məhdudiyyətlərə məruz qalacaq. Hüquqi şəxslər arasında 50 Rusiya bankı da var.
Sanksiyalar Rusiyanın “kölgə donanması”na yardım edən şirkətləri də əhatə edəcək.
Bundan əlavə, Rusiyanın hibrid fəaliyyətinə görə 30 fiziki və bir hüquqi şəxs, kiberhücumlara görə isə bir şirkət sanksiya siyahısına daxil ediləcək.
Yeni sanksiyaların noyabrın 16-da Aİ Xarici İşlər Şurası tərəfindən yekun təsdiqlənməsi gözlənilir.
Mənbə: bizim.media