Paşinyan oteldə ayaqqabısını geyinə bilmədi - Video

Paşinyan oteldə ayaqqabısını geyinə bilmədi -

Ermənistanın Baş naziri Nikol Paşinyan Dublində qaldığı hoteldə ayaqqabı geyinmək üçün dabançəkənin olmamasından şikayətlənib.

O, bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoda danışıb.

Görüntülərdə Paşinyanın dabançəkəndən istifadə etmədən ayaqqabısını geyinməyə çalışdığı əks olunub.

"Bu hoteldə nədənsə dabançəkən yoxdur. Ayaqqabını əziyyətlə geyinməli olacağam", - deyə baş nazir bildirib.

Paşinyan paylaşımını "Elit həyatın fəsadları" qeydi ilə müşayiət edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Avropa Siyasi Birliyinin IX sammitində iştirak etmək üçün İrlandiyaya işgüzar səfər edib. Səfər çərçivəsində onun xarici həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.


Mənbə: bizim.media