Macarıstanın Baş naziri Peter Maqyar şantaj və keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunur
Macarıstanın Baş naziri Peter Maqyar keçmiş həyat yoldaşı Yudit Varqaya qarşı məişət zorakılığı törətməkdə və şantajda ittiham olunur.
Bu barədə keçmiş deputat İlona Ekeş prokurorluğa müraciət edib.
Ekeşin iddiasına görə, 2023-cü ilin yanvarında Maqyar həyat yoldaşı ilə söhbətini gizli şəkildə audioyazıya alıb. Daha sonra isə həmin səs yazısından şantaj məqsədilə istifadə edib.
Mənbə: bizim.media