Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub.
Bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib.
"Diplomatik görüş zamanı aerokosmik, təhlükəsizlik, müdafiə və hava limanı bağlantısı sahələrində texnoloji inkişafı təşviq etmək məqsədilə Azərbaycana FAMEX 2027-də iştirak etmək üçün səmimi dəvət təqdim edilib", - Azərbaycanın Meksikadakı səfirliyinin məlumatında bildirilib.
Əlavə edilib ki, Azərbaycanın iştirakı qlobal sənaye üçün yeni biznes imkanlarını təşviq etməklə yanaşı, hər iki ölkə arasında institusional və ticari əlaqələri gücləndirərək FAMEX 2027-nin beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.
Qeyd edək ki, sərgi 2027-ci ilin 20–24 aprel tarixlərində Meksika ştatının Santa Lusiya aviabazasında təşkil ediləcək.
Mənbə: publika.az