Bakı, 15 noyabr, AZƏRTAC
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa ölkələri tərəfindən müəyyən edilmiş nümayəndələrin hələlik Moskva ilə əlaqə saxlamadığını bildirib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə TASS agentliyinin müvafiq sualına cavabında qeyd edib.
Xatırladaq ki, "France-Presse" (AFP) agentliyinin məlumatına görə, Avropa İttifaqı (Aİ) liderləri Dublin sammitində Rusiya ilə ekspert səviyyəli danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibi barədə razılığa gəliblər. Heyətə Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya və Polşanın, eləcə də ittifaqın üzvü olmayan Böyük Britaniyanın təmsilçiləri daxil edilib.
Mənbə: azertag.az