ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı hələlik yekun qərar verməyib.
Bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Vens bu məsələ ilə bağlı qəti qərarını Yeni ilədək açıqlamayacaq. Hazırda vitse-prezident namizədliyini irəli sürmək məsələsini ailəsi ilə müzakirə edir. Mənbələr onun planlarını ictimaiyyətə yazın sonlarında açıqlaya biləcəyini bildiriblər.
Noyabrın 13-də CNN telekanalı xəbər verib ki, Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərdə məğlubiyyətindən sonra Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina etməyi nəzərdən keçirir. Jurnalistlərin bildirdiyinə görə, onun qərarına təsir edən əsas amillərdən biri İranla davam edən müharibədir.
Sentyabr ayında ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində Vensi dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suala cavab verməkdən çəkinib, bu barədə danışmaq üçün hələ tez olduğunu bildirib. Ağ Evin rəhbəri vitse-prezidenti “möhtəşəm insan” adlandırmışdı.
Mənbə: publika.az