“Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş beynəlxalq vəziyyətə ciddi təsir göstərəcək”.
Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, bu görüşün həm əhəmiyyətini, həm də simvolik mənasını qiymətləndirmək çətindir. Bu, üç ölkə arasında belə formatda keçirilən ilk təmas olacaq.
Uşakov qeyd edib ki, hər üç ölkə müsbət və konstruktiv məqamları əsas götürərək faydalı və məzmunlu müzakirə aparmağa hazırdır. Onun fikrincə, bu müzakirə beynəlxalq vəziyyətin inkişafına ciddi təsir göstərə bilər.
Mənbə: bizim.media