Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynanı qarşıdan gələn ağır qış mövsümünə hazırlaşmağa çağırıb.
O, bu barədə Helsinkidə "Bloomberg" agentliyinin təşkil etdiyi tədbirdə çıxışı zamanı bildirib.
"Biz Ukraynada ağır qışa hazırlaşmalı olacağıq", – deyə Stubb qeyd edib.
Finlandiya dövlət başçısının sözlərinə görə, qışa hazırlıq enerji sektorunun, hava hücumundan müdafiə (HHM) sistemlərinin hazır vəziyyətə gətirilməsini, eləcə də Ukraynanın maliyyələşdirilməsini əhatə etməlidir.
Eyni zamanda prezident vurğulayıb ki, sülh haqqında danışılmayacağı təqdirdə ona nail olmaq mümkün olmayacaq.
Mənbə: bizim.media