Bakı Dövlət Universiteti (BDU) kadr islahatı ilə bağlı məlumatlara aydınlıq gətirib.
Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib.
O, rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb:
“BDU ilə bağlı məlumatları yayımlamamış universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik”.
***13:27
Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.
"Unikal.az"a istinadən xəbər verilir ki, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə əmr imzalayıb.
Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.
Qeyd edək ki, Nərmin Heydərli BDU-nun bir neçə gün əvvəl işdən çıxarılan rektoru Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.
Mənbə: bizim.media
