Paşinyanın ağlı qaçdı - Zəngəzurun rəsmi başlanğıcı təxirə salındı

Paşinyanın ağlı qaçdı - Zəngəzurun rəsmi başlanğıcı təxirə salındı

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi layihəsinin rəsmi başlanğıc tarixi ilə bağlı əvvəlki açıqlamasına düzəliş edib.

Musavat.com xəbər verir ki, Paşinyan bu barədə özünün Telegram kanalında paylaşım edib.

Baş nazir noyabrın 21-də İrəvanda keçirilən DigiTec yüksək texnologiyalar forumunda Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə noyabrın 22-də rəsmi start veriləcəyini açıqlamışdı. O, layihənin əsas istiqamətlərindən birinin elektrik enerjisinin tranziti olacağını, Ermənistanın enerji şəbəkələrinin Azərbaycan və Türkiyə ilə birləşdirilməsinin planlaşdırıldığını bildirmişdi.

Daha sonra Paşinyan həftənin günlərini səhv saldığını anlayaraq əvvəlki açıqlamasını düzəldib.

“Sən demə, sabah bazar günüdür. Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə rəsmi start bazar ertəsi veriləcək”, - o yazıb.

Əvvəl noyabrın 22-nə elan edilən rəsmi başlanğıc noyabrın 23-nə keçirilib.

Musavat.com

Mənbə: musavat.com