"Nə müharibə, nə sülh” vəziyyətindən çıxmalıyıq" - Pezeşkian

"Nə müharibə, nə sülh” vəziyyətindən çıxmalıyıq" -

İran Prezidenti Məsud Pezeşkian ölkənin düşdüyü “nə müharibə, nə sülh” vəziyyətinin zərərli olduğunu və bu qeyri-müəyyənlikdən mümkün qədər tez, güc və ləyaqətlə çıxmağın vacibliyini bildirib.

Pezeşkianın sözlərinə görə, mövcud vəziyyətin məntiqli şəkildə həll edilməsi ölkənin bir çox probleminin aradan qaldırılmasına imkan verə bilər.

O, İranın faydalı qazıntılar və böyük iqtisadi potensiala malik təbii ehtiyatlarla zəngin bir bölgədə yerləşdiyini də vurğulayıb.Dövlət başçısı bildirib ki, ölkənin düşmənləri istehsal zəncirini pozmağa, bununla da işsizliyi, iqtisadi problemləri və cəmiyyətdə narazılığı artırmağa çalışırlar.


Mənbə: unikal.az