Lukaşenkodan Zelenskiyə təklif: “Birlikdə Moskvaya gedək” - VİDEO

Lukaşenkodan Zelenskiyə təklif: “Birlikdə Moskvaya gedək” -

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu açıqlayıb.

Lukaşenko bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.

Zelenski ilə görüşməyə hazır olub-olmadığı barədə suala cavab verən Belarus lideri onunla birlikdə Moskvaya gedə biləcəyini bildirib.


“Biz Volodya (Zelenskini nəzərdə tutur - red.) ilə oturub birlikdə Moskvaya uça bilərik. İkimiz. Mən isə onun təhlükəsizliyinin təminatçısı kimi”, – deyə Lukaşenko qeyd edib.

Belarus Prezidenti müharibənin dayandırılmasının vacibliyini bildirib. O qeyd edib ki, Rusiya, Ukrayna və Belarus öz gələcəklərini müstəqil şəkildə müəyyən etməlidirlər:

“Müharibə gedir, onu dayandırmaq lazımdır. Biz razılığa gələ bilərik. Hər halda, gələcəyimizin necə olacağını üçümüz birlikdə müəyyən edəcəyik. Biz üç slavyan xalqıyıq. Əsas olan da budur”.


Mənbə: bizim.media