Zelenski: “ABŞ-dan yeni sülh danışıqlarının tarixini gözləyirik”

Zelenski: “ABŞ-dan yeni sülh danışıqlarının tarixini gözləyirik”

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti görüşün dördtərəfli formatda keçirilməli olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, o, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə danışıqlarının yekunlarına dair açıqlamasında deyib.
 

Zelenskinin sözlərinə görə, Kiyev Avropanın danışıqlar prosesinə tamhüquqlu şəkildə cəlb olunması üçün ciddi səylər göstərib. İndi isə Vaşinqtondan növbəti görüşün tarixini müəyyənləşdirməsini gözləyir.


Tərəflər həmçinin gələcək təhlükəsizlik təminatlarını, Ukraynaya enerji sahəsində yardımı və 2027-ci ilin əvvəlində Estoniyada keçiriləcək ölkənin bərpasına dair konfransa hazırlıq məsələlərini müzakirə ediblər.

Mənbə: bizim.media