Rusiyalı general rüşvətə görə həbs edildi

Rusiyalı general rüşvətə görə həbs edildi

Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının müavini Yuri Qrexov həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Məlumata görə, noyabrın 25-də Moskvanın 235 saylı Qarnizon Hərbi Məhkəməsi onun barəsində qətimkan tədbiri seçib.

“Baza” “Telegram” kanalının məlumatına görə, Qrexov xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir.

Qeyd edək ki, Qrexov 1979-cu ildən hərbi xidmətdədir. O, 2021-ci ildən Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının silahlanma üzrə müavini vəzifəsini icra edir. Həmin ildə Qrexova general-polkovnik hərbi rütbəsi verilib.

Mənbə: qafqazinfo.az