Məşhur aparıcı Paşinyanın üzünə dedi: “Əliyevin mərhəmətinə sığınacağıq”

Məşhur aparıcı Paşinyanın üzünə dedi: “Əliyevin mərhəmətinə sığınacağıq”


Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiya referendumu və Azərbaycanla sülh prosesi barədə danışıb

Musavat.com-a istinadla xəbər verilir ki, Paşinyanın məşhur jurnalist Petros Kazaryana müsahibəsi noyabrın 29-da saat 21:45-də Ermənistanın İctimai Televiziyasının efirində yayımlanacaq.

Müsahibənin yayılan fraqmentində Kazaryan Paşinyandan referendumdan sonra Azərbaycanın başqa ilkin şərtlər və ya istəklər irəli sürməsi ehtimalını istisna edib-etmədiyini soruşub.

Paşinyan suala belə cavab verib:

“Bunu istisna edirəm. Amma növbəti sualı siz verməlisiniz – bunu necə istisna edirəm? Ölkəmizin problemi nədədir? Biz həddindən artıq şəxslərdən asılı olan ölkəyik. İnstitusional dövlətə çevrilməliyik. Bizim təklif etdiyimiz minillik əhəmiyyətə malik hadisədir. Bu, 30 illik əhəmiyyətə malik hadisə deyil”.

Petros Kazaryan isə bildirib:
“Bu proses təminatçı olmadan başa çatacaq, biz Əliyevin mərhəmətinə sığınacağıq. San-Stefano müqaviləsindən başlayaraq bizim təminatçımız olub”.
Paşinyan cavabında parlament müxalifətini sülh yolunda son maneə adlandırıb.

Mənbə: www.bakupost.az