Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib

Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib
Gürcüstanın Azərbaycanla dostluq münasibətləri ölkəyə iqtisadi təhlükəsizlik məsələləri, o cümlədən qaz təchizatı və qiyməti ilə bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi” telekanalının efirində bildirib.
Qeyd edək ki, Azərbaycanın Gürcüstana təbii qaz tədarükü ilə bağlı saziş 2026-cı ilin oktyabrında Gürcüstan və Azərbaycan arasında hökumətlərarası danışıqların uğurla başa çatması nəticəsində daha 20 il müddətinə uzadılıb.
"Azərbaycanla çox dostluq şəraitində aparılan danışıqlar əsasında iqtisadi təhlükəsizliyimizlə birbaşa bağlı olan son dərəcə mühüm razılaşmalar əldə etdik. Bunlara qazın həcmi və qiyməti ilə bağlı razılaşmalar da daxildir. Bütün bunlar dostluq və qarşılıqlı asılılığa əsaslanan münasibətlərimizin nəticəsidir”, – deyə İrakli Kobaxidze qeyd edib.
Rusiya və Türkiyə ilə münasibətlərdən danışan Baş nazir Gürcüstanın dəqiq müəyyən edilmiş "qırmızı xətləri” olduğunu və hakimiyyətin heç vaxt bu prinsiplərdən geri çəkilmədiyini vurğulayıb.

Mənbə: azxeber.com