Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində iştirak etməyə hazırdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Departamentin rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya iki ölkə nümayəndələrinin sərhəddə baş tutan görüşünü alqışlayır.
“Biz delimitasiya işlərində bilavasitə mümkün olan hər cür yardımı göstərməyə hazırıq. Bura lazımi kartoqrafik materialların verilməsi də daxildir”, – Mariya Zaxarova deyib. Diplomat onu da bildirib ki, Moskvanın bu mövqeyi ötən gün azərbaycanlı nazirlə keçirilən görüşdə idarə rəhbəri tərəfindən də təsdiqlənib.
Mənbə: editor.az