BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır.
Publika.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarik Report-a açıqlamasında deyib.
Sözçü bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı bəyanat yaymaqla etimat quruculuğu prosesinə töhvə vermək üçün ikitərəfli münasibətlərin normallaşdırılmasına sadiqliklərini təsdiqləyiblər:
"BMT tərəflərin bölgədə davamlı sülhün bərqərar olunması və əhalisinin rifahı naminə qarşılıqlı etimadı qorumaqla razılaşmaya əsaslanmağı təşviq edir".
Mənbə: publika.az