Türkiyə XİN rəhbəri Rusiya və Ukraynaya sülhlə bağlı çağırış edib

Türkiyə XİN rəhbəri Rusiya və Ukraynaya sülhlə bağlı çağırış edib

Rusiya və Ukrayna nəticə əldə etmək üçün hərbi imkanların həddinə çatıb və indi sülh üzrə dialoq aparmaq lazımdır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun bağlanışında deyib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla əldə edilə biləcək həddinə çatıb. Hesab edirik ki, indi atəşkəslə bağlı dialoq aparmağın vaxtı çatıb”, - o deyib.

Fidan əlavə edib ki, Türkiyə işğal olunmuş ərazilərin tanınmasından danışmır, lakin indiki mərhələdə Türkiyə əmindir ki, bu məsələni və suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmağın vaxtı çatıb.

Mənbə: report.az