“Hizbullah” döyüşçüləri Qərbi Qalileydə “Burkan” raketlərindən istifadə edərək İsrail hərbi obyektlərini atəşə tutublar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qruplaşmanın teleqram kanalında məlumat yayılıb.
Bildirilib ki, hücumda “Cel əl-Aləm” yüksəkliyindəki radiolokasiya, həmçinin bir sıra yaşayış müşahidə məntəqələri, eləcə də kazarmalar hədəfə alınıb.
Qeyd olunub ki, bu əməliyyatlar İsrailin Livanın Ait əl-Şaab, Blida, Kfar-Killa və Teir-Harf kəndlərinə hücumlarına cavab olaraq həyata keçirib.
Mənbə: qafqazinfo.az