Çin Avropa İttifaqında özünə müttəfiq tapdı

Çin Avropa İttifaqında özünə müttəfiq tapdı

Çin Macarıstanın təşkilata sədrliyinə ümid edərək Avropa İttifaqında (Aİ) özünə müttəfiq tapıb.

Bunu Çinin xarici işlər naziri Vanq Yi macar həmkarı Peter Siyarto ilə danışıqlardan sonra bildirib.

“Çin ümid edir ki, Macarıstan Çin və Aİ arasında strateji əlaqələri gücləndirəcək, qarşılıqlı faydalı əməkdaşlıq üçün daha müsbət gözləntilər yaradacaq və Çin-Aİ əlaqələrinin davamlı, sabit və sağlam inkişafına kömək edəcək”, - diplomat bildirib.

Görüş Pekin və Brüssel arasında münasibətlərdə Aİ-nin iqtisadiyyatda yaşıl norma və standartlara riayət edilməsi ilə bağlı təzyiqləri səbəbindən mürəkkəbləşdiyi bir vaxtda baş tutub. Bununla bağlı Vanq Yi Budapeştin “Çinin inkişafına rasional və dostcasına baxışı” olduğunu bildirib.

Tural

Mənbə: publika.az