Əliyev-Putin görüşünün kadrarxası görüntüləri - VİDEO

Əliyev-Putin görüşünün kadrarxası görüntüləri -

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb.

Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb.

Sözügedən görüntüləri isə “Rossiya 1” telekanalının tanınmış jurnalisti Pavel Zarubin öz teleqram kanalında paylaşıb.

O, paylaşımını “Putin və Əliyev. Görüşün hələ heç kimin görmədiyi ən maraqlı kadrları” deyə şərh edib.

Kadrlarda Rusiya və Azərbaycan liderləri arasındakı görüşdə, eyni zamanda İlham Əliyevin yola salınma mərasimində səmimi münasibəti görmək mümkündür.

Həmin video sosial şəbəkələrdə istifadəçilər tərəfindən maraqla qarşılanıb.

Mənbə: qafqazinfo.az