Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə - FOTO

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə -

Osmanlı arxivlərindən türklərin kütləvi köçünü və ermənilər tərəfindən soyqırıma uğradığını əks etdirən xəritə üzə çıxıb.

Bu barədə xəritəni türkiyəli tarixçi Cezmi Yurdsevər əldə edib.

O bildirib ki, hər il aprelin 24-də ermənilər türklərin onlara “soyqırım” törətdiklərini iddia edirlər:

“Ancaq bunlar həqiqəti əks etdirmir. Osmanlı arxivlərindən təxminən 200-ə yaxın sənədin dəqiqləşdirilərək internet vasitəsilə alimlərə çatdırılmasından sonra HRT.H. 404 kodu ilə qeydiyyatda olan “Qaçqınların immiqrasiya və məskunlaşması” adlı xəritə üzərində araşdırma apardım. Anladım ki, 1916-cı ildə Rusiyanın işğalı altında olan Şərqi Anadoludan Ankaraya, Konyaya, Adanaya, Urfaya və Diyarbəkirə kütləvi köçlər ox işarələri ilə göstərilib. Rus ordusu və onlarla əməkdaşlıq edən erməni komitə üzvlərinin Sivas ətrafına gəlişindən sonra torpaqlarını tərk edib köç etmək məcburiyyətində qalan yüz minlərlə türk üçün təcili məskunlaşma, sığınacaq və tibb məntəqələrinin yaradılması da xəritədə qeyd olunub. Sözügedən xəritə 1915-ci ildə və ondan sonra türklərin Qafqaza və Anadoluya kütləvi köçü və məskunlaşması, eyni zamanda işğal dövründə törədilən qırğınların sübutudur. Xülasə, bu xəritə 1915-ci ildə türklərə qarşı törədilən soyqırım sənədidir. Osmanlı arxivlərindəki dosyelər üzərində apardığım araşdırmada təsdiqlənir ki, rus işğal zonasını tərk edərək Anadoluya gələnlərin sayı 1916-cı ilin sonunda 700 minə çatmışdı”.

Mənbə: axar.az