Fransa Ermənistanda hərbi baza yaradacaqmı?

Fransa Ermənistanda hərbi baza yaradacaqmı?

"Fransanın hərbi bazalarının Ermənistanda yaranmasına inanmıram".

Bizim.Media xəbər verir ki, bunu erməni bloger, fəal və ictimai xadim İşxan Verdyan Caliber.az-ın "Gələcəkdə Fransa hərbi bazalarının Ermənistanda yaradılmasına icazə veriləcəkmi?" sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Fransa Ermənistana silah sata bilər və çox güman ki, bunu edəcək, lakin hərbi bazaların olması tamam başqa geosiyasi səviyyədir.
Blogerin fikrincə, Fransa bazaları regionda yeni risklərlə yeni reallıqlar yaradacaq:

"Bu isə Ermənistana lazım deyil".

Mənbə: bizim.media