Gürcüstan parlamentində yenə dava düşdü - VİDEO

Gürcüstan parlamentində yenə dava düşdü -

Gürcüstan parlamentində “xarici agentlər” haqqında qanun layihəsinə baxılması yenə mübahisə ilə nəticələnib.

Bizim.Media Gürcüstan KİV-ə istinadən xəbər verir ki, deputat Xatia Dekanoidze parlament çoxluğunun üzvü Quram Maçaraşviliyə şüşə atıb. Həmçinin, deputat onu Saakaşvili ilə birlikdə ölkəni satmaqda ittiham edib.

Dekanoidze Ukrayna Milli Polisinin keçmiş rəhbəridir.

Məlumata görə, parlamentin iclasında 8 müxalifət deputatı zaldan çıxarılıb, daha bir neçə deputat etiraz əlaməti olaraq iclası tərk edib.

Mənbə: bizim.media