Ermənistan çalxalanır: Paşinyan təcili iclas keçirir

Ermənistan çalxalanır: Paşinyan təcili iclas keçirir

Tavuş vilayətinin qubernatoru Vahe Qalumyan bu dəqiqələrdə Ermənistan hökumətinin binasına gəlib. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək çox sürətlə binaya daxil olub.

Təxminən 10 dəqiqə sonra 10 nəfər Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bundan əvvəl bildirilib ki, Nikol Paşinyanın bu gün İrəvanda Xeryimli (Kirants-red.) sakinləri ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, Qazaxın 4 kəndinin - Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) Azərbaycana qaytarılması qərarından sonra Ermənistanın Tavuş bölgəsində və İrəvanda etiraz aksiyaları keçirilir. Ermənistandakı "Qarabağ klanı" hər vəchlə iki ölkə arasında əldə olunan razılaşmanı pozmağa çalışır.

Mənbə: www.bakupost.az