Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

ABŞ Dövlət katibi Entoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidanın Ər-Riyadda görüşünün təfərrüatı bəlli olub.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Miller bildirib ki, tərəflər girovların azad edilməsinə və təcili atəşkəsə yönəlmiş səyləri müzakirə ediblər. Eyni zamanda, Blinken Qəzza zolağında hərbi əməliyyatların davam etməsinə görə HƏMAS-ın məsuliyyət daşıdığını bildirib.

Fidan və Blinken bölgədə davamlı sülhün təmin olunması, o cümlədən tamhüquqlu Fələstin dövlətinin yaradılması yolu ilə davam edən səyləri nəzərdən keçiriblər.

Mənbə: qafqazinfo.az