Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

ABŞ-dakı səfirliyimiz Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

Qeyd olunub ki, mayın 8-də səfirlik ABŞ-nin Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil edəcək: “Müraciət etmək üçün [email protected] ünvanı ilə əlaqə saxlayaraq görüş vaxtı təyin etməyiniz xahiş olunur”.

Mənbə: musavat.com