NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub.

Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavyer Kolomina X hesabında yazıb.

“Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olur. O vaxtdan bəri biz fəal siyasi dialoq və praktiki əməkdaşlıq vasitəsilə qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq. Xüsusilə Azərbaycanın NATO missiyalarına, enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə töhfələrini alqışlayırıq".

Mənbə: axar.az