İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

Astana danışıqlar üçün şərait yaradaraq, Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev bu yaxınlarda ölkə prezidenti Qasım-Jomart Tokayevin Azərbaycan və Ermənistan arasında Almatıda görüş keçirmək təşəbbüsünü şərh edərkən deyib.

“Əlbəttə, Qazaxıstan sülhlə bağlı bütün proseslərə kömək etməyə hazırdır. Bu, təkcə Rusiya və Ukrayna deyil, həm də Ermənistan və Azərbaycan, Suriya və İran məsələsidir. Vasitəçilik sözü yəqin ki, çox güclü səslənir, amma platforma təmin etmək, hər hansısa bir şərait yaratmaq üçün biz əlbəttə ki, hazırıq”, - deyə o qeyd edib.

Mənbə: axar.az