Vladimir Putin Xilaskar İsa Məsih Kilsəsində Pasxa mərasiminə qatılıb

Vladimir Putin Xilaskar İsa Məsih Kilsəsində Pasxa mərasiminə qatılıb

Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Xilaskar İsa Məsih Kilsəsində Pasxa mərasiminə qatılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putinlə birlikdə Moskva meri Sergey Sobyanin də mərasimdə iştirak edib.

Qeyd edək ki, Rusiya lideri hər zaman böyük kilsə bayramlarında mərasimlərdə iştirak edir. Adətən Miladda o, Moskva vilayətinin Novo-Oqoryovodakı iqamətgah kompleksindəki kilsədə, Pasxada isə Xilaskar İsa Məsihin Kilsəsində mərasimə qatılır.

Mənbə: apa.az