Fransanın addımları, yoxsa erməni radikalizmi sülhə mane olur? – Pritçindən ÖZƏL AÇIQLAMA

Fransanın addımları, yoxsa erməni radikalizmi sülhə mane olur? – Pritçindən

"Azərbaycan və Ermənistan arasında sərhələrinn müəyyənləşdirildiyi bir neçə hissə var. Bu belə müsbət siqnal kimi qiymətləndirilə bilər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin bildirib.

Pritçin hesab edir ki, sərhədlərin tam müəyyənləşdirilməsi uzun proses olduğundan, sülh müqaviləsinin imzalanması üçün delimitasiyanın tam başa çatmağını gözləmək lazım deyil.

“Burada kompromisdən danışmaq olar. Ancaq bu, yalnızca başlanğıcdır. Çoxlu mübahisəli hissələr var ki, sərhəddin tam uzunluğu boyunca delimitasiya prosesi çox vaxt və əmək tələb edəcək. Bunları nəzər aldığımızda sülh müqaviləsinin bağlanması gecikdirilməməlidir. Burada prinsipləri müəyyənləşdirmək vacibdir.

Təbii ki, müəyyən çətinliklər var. Hətta Ermənistan cəmiyyəti tərəfindən qəbul edilməyən kiçik kompromislər də prosesi mürəkkəbləşdirir. Bu səbəbdən, Paşinyanın sülh müqaviləsinin imzalanmasına dair bütün tələbləri yerinə yetirməsi vacibdir”.

Fransanın sözügedən müsbət proseslərə qarşı addımlar atdığına diqqət çəkən politoloq, Parisin Cənubi Qafqazdakı sülhdə maraqlı olmadığını da bildirib.

“Fransa yeni xarici siyasət tətbiq nöqtəsi axtarır və Afrika uğursuzluğundan sonra mühüm bir xarici oyunçu kimi özünü göstərmək istəyir. Lakin bu, belə deyil. Əlbəttə ki, Ermənistan tərəfi Fransa tərəfindən dəstəklənir. Lakin Fransa Cənubi Qafqazda gündəliyi və təhlükəsizliyi müəyyənləşdirən ölkə deyil. Rusiya əsas oyunçudur və proseslərdə aktiv iştirak edir. Fransa isə sistemli olmayan bir situasiya oyunçusu kimi qəbul edilir”, - deyə S.Pritçin əlavə edib.

Mənbə: bizim.media