Füzuliyə gedən ABŞ səfiri dağıntıların miqyasından təsirlənib

Füzuliyə gedən ABŞ səfiri dağıntıların miqyasından təsirlənib

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby Füzuliyə gedib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Füzulidə dağıntıların miqyasını, eyni zamanda, yenidənqurma işlərini görəndə çox təsirləndik.

Birləşmiş Ştatlar USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərib. Buraya məcburi köçkün icmalarına 250 milyon dollardan çox ayrılmış yardım və minaların təmizlənməsinə dəstək üçün ayrılmış 38 milyon dollardan çox yardım da daxildir. Biz bu yardımın göstərilməsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik”, - bildirilib.

Mənbə: apa.az