Peskov Qərbi hədələyib: Verilən bəyanatlar çevik reaksiya tələb edir

Peskov Qərbi hədələyib: Verilən bəyanatlar çevik reaksiya tələb edir

Qərb ölkələrinin nümayəndələrinin Ukraynaya hərbi kontingent göndərməyə hazır olduqları barədə bəyanatları Rusiyadan çevik və effektiv reaksiya tələb edir.

Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Fransa prezidenti Emmanuel Makronun, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun, eləcə də bəzi ABŞ senatorlarının bəyanatlarına istinad etdiyini açıqlayıb: “Bunlar indiyə qədər görünməmiş bəyanatlardır. Onlar və effektiv reaksiya tələb edir”.

Mənbə: report.az