Blinkenin müşaviri gələn həftə Cənubi Qafqaza səfər edəcək

Blinkenin müşaviri gələn həftə Cənubi Qafqaza səfər edəcək

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono ABŞ-nin sülh prosesinə dəstəyini və davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün növbəti həftə ərzində regiona səfər edəcək.

Bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyindən APA nın sorğusuna cavabında bildriilib.

Bildriilib ki, görüş zamanı Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşlər planlaşdırırlır. 

"O, həm Azərbaycana, həm də Ermənistana səfər edəcək. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq", - deyə qeyd olunub.

Mənbə: apa.az