Almaniyanın müdafiə naziri: “Rusiya beş ildən sonra NATO-ya hücum edə bilər”

Almaniyanın müdafiə naziri:  “Rusiya beş ildən sonra NATO-ya hücum edə bilər”

“Biz güman etməliyik ki, 2029-cu ildə Rusiya NATO ölkələrindən birinə hücum edə biləcək. Ona görə də biz kadrlar baxımından çəkindiriciliyi bərpa etməliyik”.

Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Berlində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, “təhdid vəziyyəti bir neçə il əvvəlki vəziyyətlə müqayisədə dəyişib”.

Pistorius Almaniyada məcburi hərbi xidmətin qaytarılmasının zəruriliyini tələb edib:

“Yaxın gələcəkdə Bundesverin sayı 181 min nəfərdən 203 min nəfərə çatdırılmalıdır. Bundan əlavə, NATO-nun hesablamalarına görə, Almaniyanın da təxminən 200 min əlavə ehtiyata ehtiyacı var”.

Mənbə: bizim.media