Zəngəzur dəhlizində bu qüvvələr dayanacaq - İrəvanın təslim aktının detalları

Zəngəzur dəhlizində bu qüvvələr dayanacaq -

“ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün Azərbaycanla Ermənistan arasında sənəd imzalanmasına çalışır. Bundan sonra Türkiyə ilə Ermənistan arasında sərhədlər açılacaq, ardınca Ermənistan-Türkiyə sərhədində Rusiyanın mövcudluğunun azalması baş verəcək. Vaşinqton buna nail olmaq üçün təsir rıçaqlarından istifadə edir, nəticədə Ermənistan Azərbaycana daha çox güzəşt edəcək”.

Bu barədə Ermənistanda “Apri” mərkəzinin eksperti Sergey Melkonyan deyib.

Melkonyan bildirib ki, Azərbaycanın Ermənistandan tələbləri var.

“Bu, anklavların qaytarılması, Qərbi Azərbaycan məsələsi (azərbaycanlıların öz yurdlarına qayıtması-red), Zəngəzur dəhlizinin açılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi, Minsk qrupunun buraxılmasıdır. Hamı başa düşür ki, ilin sonuna qədər Ermənistan konstitusiyasını dəyişmək mümkün deyil, ona görə bütün tələblərin bir-bir yerinə yetirilməsi üçün Ermənistan hökumətinin vaxtı və legitimliyi olmalıdır. Tiqraneşenin (Kərki kəndi-red) qaytarılmasından sonra Paşinyanın legitimliyi daha da azala bilər, buna görə də Qərb tələsir”, - erməni ekspert qeyd edib.

Melkonyan hesab edir ki, Ermənistan tam kapitulyasiyaya məruz qalacaq.

“Ermənistan hökuməti Sünik dəhlizinə (Zəngəzur dəhlizi-red) nəzarəti beynəlxalq təşkilata verməyi düşünür. Onlar bunu belə əsaslandıracaqlar ki, dəhliz vermədik, dəhlizdə beynəlxalq təşkilat dayanır, halbuki, bu yalnız görüntü olacaq”, - o vurğulayıb.

Asif

Mənbə: publika.az